Husilər koalisiya qüvvələrinə raket zərbələri endirib

2018/07/105489498464_1528522160_1529138390_1530511617.jpg
Oxunub: 2910     14:04     02 İyul 2018    
Yəmənin Cəvf bölgəsində Husi qiyamçıları və koalisiya qüvvələri arasında qarşıdurma baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Qiyamçı qüvvələr Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya mövqelərinə katyuşa raketləri endirib.

Koalisiyadan məsələ ilə bağlı rəsmi açıqlama gəlməsə də, qiyamçılar hücum nəticəsində qarşı tərəfdən çox sayda hərbçinin öldürüldüyünü bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Raketlər  


Bizi "telegram"da izləyin