Mettisin səfəri ABŞ-Çin hərbi etibarını inşa edə bilərmi?

2018/07/7653564576_1530510878.jpg
Oxunub: 3249     13:51     02 İyul 2018    
ABŞ və Çin arasında gərginliyin yüksəldiyi bir vaxtda ABŞ Müdafiə naziri Ceyms Mettis ötən həftə Çinə səfər etdi. Bu son dörd il ərzində ABŞ Müdafiə nazirlərinin Çinə ilk səfəri idi. O, həm də Trampın Müdafiə nazirinin ilk Çin səfəri kimi önəmlidir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yaxın keçmişdə iki ölkə arasında fərqin daralması ilə Çin və ABŞ az qala amansız rəqabətə girib. Bu səbəbdən dolayıdır ki, ABŞ-ın Çini əngəlləmə strategiyası intensivləşib.

Tramp rəhbərliyə gəldikdən sonra ABŞ Milli Təhlükəsizlik Strategiyasının yeni strategiyası Çini revizyonist güc və ABŞ-ın rəqibi kimi qəbul edib. Onun rəhbərliyinin ilk ili ərzində ABŞ gəmilərinin Cənubi Çin dənizində həyata keçirdiyi patrul tapşırıqları Obamanın bütöv dövrü ilə bərabərlik təşkil edib.

Digər tərəfdən Tramp bu ilin əvvəli Tayvan Səyahət Qanununu imzalayaraq qüvvəyə minməsinə imkan verib. Bu isə Çin və ABŞ arasında hərbi konfrantasiya riskini bir qədər də artırıb.

Mettisin Çinə səfəri iki ölkə arasında hərbi əlaqələrin stabilləşməsinə kömək edə bilər. Lakin bunun siyasətə necə təsir göstərəcəyi qarşıdakı dövrdə daha aydın müşahidə oluna biləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   ABŞ-Çin  


Bizi "telegram"da izləyin