Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.
Bəyanatda bildirilir ki, əməliyyatlar Türkiyə sərhədindən 30 km məsafədə yerləşən İraqın Zap bölgəsində həyata keçirilib.
Rəsmi rəqəmlər açıqlanmasa da qeyd olunub ki, Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində PKK terrorçuları çox sayda itki verib.
Qeyd edək ki, mart ayından bu yana Türkiyə Silahlı Qüvvələrinin havadan və qurudan həyata keçirdiyi anti-terror əməliyyatlarında ümumilikdə 200-dən çox PKK üzvü zərərsizləşdirilib.
Dəyanət Ağalarlı
Ordu.az