Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq bazada yerləşən əsgərlər yeni silahın istifadəsi üzrə təlimlərə başlayıblar.
Bölüyün komandiri polkovnik Con Edvards heyətə bütün akademik və texnoloji təlimlərin verildiyini bildirib. O, AGM-158C-nin dəqiq olaraq nə vaxt istifadəyə veriləcəyini açıqlamayıb.
Orijinal B-1A Max 2.2 sürətli yüksək hündürlüklü strateji bombardmançı idi. O, Sovet İttifaqının mərkəzinə nüvə başlıqları çatdırmaq üçün nəzərdə tutulurdu.
1981-ci ildə modernizasiyadan sonra B-1B-lər istifadəyə verildi. Soyuq Müharibənin başa çatması ilə rolu azalan B-1B-nin yeni təchizatla birlikdə ABŞ ordusunun missiyalarında yenidən önəmli rola malik olacağı gözləniləndir.
Ağalar Ağalarlı
Ordu.az