Ordu.az xəbər verir ki, Ermənistan hərbi rəhbərliyi Ordumuzun ayın 2-dən etibarən keçirəcək geniş miqyaslı təlimlərini böyük təşviş içində incələyir.
Ermənistan müdafiə nazirliyi cəbhədə hər an hərbi əməliyyatların başlamasından qorxduğuna görə, təlimin keçiriləcək yerini müəyyən etməyə çalışır.
"Təlimlərin Madagiz və Xocavənd istiqamətində keçiriləcəyi məlum olub. Aprel müharibəsində qəfillik amili əsas rol oynasa da, hazırda quraşdırılan texniki avadanlıq nəticəsində bu təhlükə aradan qaldırılıb", - deyə erməni tərəf qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az