Braziliya donanması çoxməqsədli helikopter daşıyıcısını istifadəyə verib

2018/06/received_2181859715379686_1530378848.jpeg
Oxunub: 1807     01:14     01 İyul 2018    
Braziliya donanması özünün yeni çoxməqsədli helikopter daşıyıcı gəmisi “PheM Atlantico”nu istifadəyə verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, gəmi donanmanın istifadəsində olan “Clemencau” sinifli “Nae Sao Paulo” gəmisini əvəzləyəcək.

200 metr uzunluqda olan amfibik hücum gəmisi olan “PheM Atlantico” 21500 ton yük götürə bilir. O, daha öncə Britaniya donanmasında “HMS Ocean” adı altında xidmət edib.

Bu ilin fevralında 98,76 milyon dollara Britaniyadan alınan gəmi yeni nəsil orta mənzilli 3D nəzarət radarı, suüstü gəmilər əleyhinə müdafiə ləvazimatları ilə təchiz olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Clemencau  


Bizi "telegram"da izləyin