F-111 ABŞ HHQ-nin ən təhlükəli qırıcılarından biridir

2018/06/received_2181857965379861_1530373959.jpeg
Oxunub: 3893     23:53     30 İyun 2018    
Pentaqon və “General Dynamics” şirkəti arasında F-111 qırıcılarının daha da təkmilləşdirilməsi ilə bağlı razılıq əldə olunub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məlumat ABŞ HHQ tərəfindən yayılıb.

Bildirilir ki, tərəflər aviasiya qüvvələri üçün istehsal olunacaq növbəti qırıcıların daha da inkişaf etdirilməsi üzərində razılıq əldə ediblər.

Belə ki, qırıcının maksimum partlayıcı qurğu daşıma limiti 51 tondan 82,5 tona qaldırılacaq. Eyni zamanda təyyarənin tam yanacaq şəraitində uçuşa başladıqdan sonra dayanmadan həyata keçirəcəyi uçuş müddəti də 180 dəqiqədən 240 dəqiqəyə qədər artırılacaq ki, bu da donammaya potensial hava müharibələrində daha uzunmüddətli əməliyyatlar həyata keçirmək imkanı verəcək.

Qeyd edək ki, F-111 "Aardvark" qırıcıları ABŞ HHQ-də 1972-ci ildən bəri istifadə olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-HHQ   F-111   Pentaqon  


Bizi "telegram"da izləyin