Türkiyənin STM şirkəti Braziliya korveti üçün təklif verib

2018/06/received_2181860395379618_1530371676.png
Oxunub: 4085     23:11     30 İyun 2018    
Türkiyənin Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət (STM) şirkəti Braziliyanın “BrasFELS” gəmiqayırma şirkəti ilə əməkdaşlıq edəcək.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə STM-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb. Memoranduma əsasən STM Braziliyanın donanmasının “Tamandre” sinifli korvet proqramı üçün təklif irəli sürəcək.

Sözügedən layihə Braziliyada dörd korvetin inşasını əhatə edir. Layihədə hər bir gəminin inşasının “BrasFELS” ilə birlikdə aparılması şərti qoyulub. Proqramın dəyəri 1,6 milyard dollardır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   STM   Braziliya  


Bizi "telegram"da izləyin