Stoltenberq: "NATO Rusiyanı izolyasiya etmək istəmir"

2018/06/1530231515-2219-(1)_1530353903.jpg
Oxunub: 1403     18:30     30 İyun 2018    
NATO Baş katibi Stoltenberq Tramp və Putin arasında baş tutacaq görüşlə bağlı fikirlərini səsləndirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Stoltenberq bu görüşü Rusiya və Qərb arasındakı gərginliklərin azaldılması yönündə uğurlu bir addım kimi qiymətləndirir.

O bildirib ki, hazırda NATO-nun məqsədi Rusiyanı Avropadan kənarlaşdırmaq və ikitərəfli əlaqələri tamamilə qırmaq deyil.

“Rusiya Avropanın istər əhalisinə görə, istərsə də ərazisinə görə ən nəhəng dövlətidir. Belə bir dövləti siz istəsəniz belə beynəlxalq arenadan sıxışdırıb uzaqlaşdıra bilməzsiz. Tam əksinə Qərb Rusiya ilə əməkdaşlıq etmək və müzakirələr aparmaq fikrindədir. ABŞ prezidentinin rusiyalı həmkarı ilə planlaşdırdığı görüşü də buna əyani sübutdur”, - deyə Stoltenberq vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin