Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Məsələ ilə bağlı açıqlama verən ordunun leytenantı İhsan Xalid bildirib ki, hadisə nəticəsində depodakı çox sayda silah yararsız hala düşüb.
“Hazırda bölgədə kəşfiyyat orqanları tərəfindən araşdırma işləri aparılır. Hələlik hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə rəsmi məlumat yoxdur”, - deyə o qeyd edib.
Qeyd edək ki, partlayışa nəyin səbəb olduğu bilinmir.
Dəyanət Ağalarlı
Ordu.az