ABŞ Avropada aktiv elektron hücum həyata keçirib

2018/06/3V54QDXSHNEJ3F7AVSBNYWYEFE_1530349725.jpg
Oxunub: 1490     17:37     30 İyun 2018    
ABŞ Soyuq müharibədən sonra ilk dəfə olaraq Avropada aktiv elektronik hücum vasitələrinin sınağını keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu addım Almaniya ilə birgə həyata keçirilib.

Pentaqondan edilən açıqlamada qeyd olunub ki, Quru Qoşunlarının tərkibindəki 2-ci süvari alayı bu ay Latviya, Litva, Estoniya və Polşada keçirilən “Saber” təlimləri zamanı ilk dəfə olaraq elektron müharibə vasitələrindən aktiv şəkildə istifadə edib.

Açıqlamada qeyd olunub ki, bu sınaq ABŞ ordusunun Avropada Soyuq müharibədən bu yana həyata keçirdiyi ilk aktiv elektron hücumudur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Elektron-Müharibə  


Bizi "telegram"da izləyin