NATO-nun yeni kiber strategiyası riskli sammitdə mövcud ola bilərmi?

2018/06/514541514581458_1530349084.jpg
Oxunub: 4367     16:58     30 İyun 2018    
NATO-nun sammitinə az bir müddət qalmış alyans özünün yeni rəqəmsal protokolunu təqdim edib. Bəzi ekspertlər bu sənədin təşkilatın bundan sonra özünün müdafiə strategiyasına yön verəcəyini düşünür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni strategiyada NATO-nun 29 dövlətinin kiber məkanda birgə fəaliyyəti nəzərdə tutulub.

Bu plan NATO-ya üzv dövlətlərin rəsmi olaraq kiber müharibəni özlərinin birgə əməliyyat sahələri arasına əlavə etmələri mənasına gəlir. O, NATO ölkələri arasında təlim və koordinasiyanın artırılması ilə kollektiv kibertəhlükəsizlik imkanlarının gücləndirilməsinə köklənib.

Lakin 11-12 iyulun tarixlərində keçiriləcək sammit öncəsi siyasi liderlərin transatlantik alyans daxilində kiber təhdidlərə qarşı birgə cavab vermə aktına razı olub-olmayacaqları sualları qalmaqdadır.

Əsas risk isə ABŞ prezidenti Donald Trampın Kimlə sammitdən sonrakı kimi davranması təhlükəsidir. Belə ki, o, sammitdən sonra Şimali Koreya sərhədləri ətrafında təlimlərin dayandırılmasına qərar verdi. NATO liderləri Trampın eyni qərarı bu sammitdən sonra Rusiya sərhədləri üçün də qəbul etməsindən narahatdırlar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   kiberməkan  


Bizi "telegram"da izləyin