Çin Afrikanı hərbi ekspansiya və borc diplomatiyası ilə hədəf alır

2018/06/6484785145148_1530348179.jpg
Oxunub: 4337     17:55     30 İyun 2018    
Bəzi analizlərə görə, Çinin Afrikaya ayırdığı investisiya yatırımları qitənin milli iqtisadiyyatlarını tamamilə Çindən asılı hala gətirə bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, infrastruktur layihələrinin iş yaratması, bacarıqların təkmilləşdirilməsi üçün fürsət təmin etməsi və yeni texnologiyaları qitəyə gətirməsinə baxmayaraq, eyni zamanda Afrika dövlətlərini də təhlükəli şəkildə borclu halına salır.

Hazırda Çin həssas iqtisadiyyata malik Afrika dövlətlərinə 86 milyard dollardan çox kredit ayırıb. Qısa zaman çərçivəsində bu dövlətlər bundan faydalansa da, müəyyən müddətdən sonra tamamilə Çindən asılı vəziyyətə düşürlər.

Çinin iqtisadi yatırımlarının üzə çıxdığı bölgələrdə onun hərbi mövcudluğunun peyda olması da uzaq görünmür. Bəzi məlumatlara görə, Çin özünün iqtisadi və kommersiya profilini qorumaq məqsədilə burada hərbi mövcudluğunu artıracaq.

Xüsusilə Çinin liman yatırımları ikiməqsədli konsepsiyaya əsaslanır. O, həm iqtisadi dominantlıq, həm də hərbi mövcudluğu dəstəkləmək məqsədilə edilir. Buna Cibutidəki, Şərqi Afrika dövləti olan Seyşel adalarındakı, Keniya və Tanzaniyadakı ikiməqsədli dəniz limanlarını misal göstərmək olar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Afrika   Cibuti  


Bizi "telegram"da izləyin