Əşrəf Qani: "Talibana qarşı əməliyyatlar davam etdirilsin"

2018/06/1400935-ashrafghani-1493884290-179-640x480_1530347795.jpg
Oxunub: 2415     16:35     30 İyun 2018    
Əfqanıstan Prezidenti Əşrəf Qani "Taliban"a qarşı anti-terror əməliyyatlarının davam etdiriləcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə o, ötən gün keçirdiyi mətbuat konfransında bildirib.

Prezident qeyd edib ki, atəşkəs razılığı pozulduqdan sonra ölkəsi “Taliban”a qarşı mübarizəni daha da intensivləşdirib.

“Atəşkəs razılığı qarşı tərəfdən pozuldu. Bu onu göstərir ki, "Taliban" hələ də Əfqanıstanda sülh istəmir və danışıqlar yolu ilə məsələnin həllində maraqlı deyil. Qarşı tərəfin bu addımından sonra orduya mübarizədə daha əzmkar olmaq əmri vermişəm”, - deyə Əşrəf Qani bildirib.

Qeyd edək ki, Əfqanıstan prezidenti daha öncə atəşkəs razılığının uzadılması üçün orduya əməliyyatlara başlamamaq əmri versə də, “Taliban” tərəfi atəşkəsi pozmuşdu.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin