Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu ifadələr Liviya Milli Ordusunun yaydığı bəyanatda qeyd olunub.
Qeyd edək ki, iddialara görə, bəzi Avropa dövlətləri miqrant axınının qarşısını almaq məqsədilə Liviya ərazisində hərbi bazalar açmağı nəzərdən keçirir. Bu planın arxasında dəqiq olaraq hansı ölkələrin olması bilinməsə də, ən çox adı çəkilən İtaliyadır.
Lakin bu iddialar yayılan kimi Liviya ordusu buna qarşı olduğunu ən sərt şəkildə ifadə edib. Ordunun bəyanatında bu aktın hücum kimi dəyərləndiriləcəyi və Liviya dövlətinin müdafiəsi üçün bütün zəruri tədbirlərin görüləcəyi bildirilib.
Ağalar Ağalarlı
Ordu.az