Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İraqın Baş naziri Heydər Əl-Abadi bildirib.
O qeyd edib ki, 8 hərbçinin ölümü ilə nəticələnən terror hücumuna cavab olaraq bölgədə dərhal anti-terror əməliyyatlarına start verilib.
Nazir bildirib ki, əməliyyatlar nəticəsində 12 İŞİD üzvü ələ keçirilib.
Qeyd edək ki, ələ keçirilən terrorçular dərhal məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ölüm hökmü oxunub.
Dəyanət Ağalarlı
Ordu.az