Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə ABŞ Donanmasının Dəniz Sistemləri Komandanlığının mətbuat katibi Uilyam Kouç bildirib.
CVN 81 adlandırılan dördüncü aviadaşıyıcı donanmanın yeni nəsil gəmilər alaraq okeanda hava hücumları təşkil etmə imkanını formada saxlama prosesinin davamı olacaq.
“Cari planlara görə, CVN 81 gəmisinin alınmasının 2023-cü maliyyə ilində nəzərdə tutulması mümkündür”, - deyə Kouç bildirib.
Qeyd edək ki, bu sinfin ilk gəmisi olan “USS Ford” artıq istifadəyə hazırlaşır. İkinci gəmi “USS Kennedy”nin inşasının 80%-dən çoxu tamamlanıb. “USS Enterprise” adlandırılacaq üçüncü aviadaşıyıcının inşası isə davam etməkdədir.
Ağalar Ağalarlı
Ordu.az