Rusiyanın “R-30 Bulava” raketi haqqında əsas faktlar

2018/06/1197587_1530345034.jpg
Oxunub: 2005     21:15     30 İyun 2018    
Rusiya Donanması qitələrarası ballistik raketlə dəstəklənən "D-30" raket sistemləri əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Donanmanın mətbuat Şöbəsindən verilib.

Açıqlamada qeyd olunub ki, ötən gün təhvil verilən “R-30 Bulava” raketlərinin ümumi çəkisi 36,8 ton uzunluğu isə 12,1 metrdir.

Diametri 2 metr olan ballistik raketlərinin maksimum zərbə radiusu 10 km-dir. 3 pilləli yanacaq saxlama bölməsinə sahib olan raketlər 6 ədəd başlığı eyni anda daşıya bilir.

Radar sistemlərinə düşməmək üçün dalğa boğucu sistemlə dəstəklənmiş raketin xəta payı hədəfdən 120-350 metro radius ətrafında dəyişir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ballistik-Raket   Bulava  


Bizi "telegram"da izləyin