Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, zirehli uniformanın çəkisi 1,7 kq təşkil edir.
Şirkətdən verilən açıqlamada qeyd olunub ki, yeni uniformaya dron sistemlərinin idarə olunmasında istifadə edilən radio dalğalarının qırılması üçün elektron müdafiə sistemi inteqrasiya edilib.
Bu sistemin işləkliyini təmin etmək üçün yerləşdirilmiş batareyanın aktiv istifadə müddəti 20 saata qədərdir.
Qeyd edək ki, tam əhatəli zireh örtüyə sahib olan gödəkçənin geniş miqyaslı istehsalına ilin sonundan etibarən başlanılacaq.
Dəyanət Ağalarlı
Ordu.az