Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə göstərişi ABŞ Müdafiə nazirinin müavini Patrik Şanahan verib.
Pentaqonun məqsədi isə 90 gün ərzində Milli Missiya Təşəbbüsləri kimi bilinən bir sıra süni zəka layihələrini başlatmaqdır. Bu layihələrdən biri də mübahisəli “Maven”dir.
Mərkəzin adı Birgə Süni Zəka Mərkəzi olacaq. Mərkəzdə Pentaqonun hərbi missiyaları və biznes funksiyalarına dəstək üçün yeni əməliyyat konsepsiyasının hazırlanması, süni zəka imkanlarının gücləndirilməsi istiqamətində işlər görüləcək.
Ağalar Ağalarlı
Ordu.az