Türkiyə yeni kibertəhlükəsizlik mərkəzi formalaşdırıb

2018/06/234_1530372440.jpg
Oxunub: 2279     19:43     30 İyun 2018    
Türkiyə Müdafiə Sənayesi tərkibində kiber hücumlarla mübarizə məqsədilə yeni alt qurum formalaşdırılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Müdafiə Sənayesi Naziri Dəmir bildirib.

O qeyd edib ki, hazırda ənənəvi müharibə şəraitində olmasaq da ölkəmiz yeni tipli müharibə olan kiber hücum təhdidləri ilə üz-üzədir. Buna görə də Türkiyə kiber müharibəyə hazır olmalıdır.

Qeyd ki, yeni yaradılan kiber təhlükəsizlik qurumu Türkiyəyə qarşı tibb, nəqliyat, enerji, rabitə və təhsil kimi sahələrdə mövcud olan kiber hücumlara qarşı mübarizə aparacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kiber-Təhlükəsizlik  


Bizi "telegram"da izləyin