Türkiyə havadan müdafiəsini möhkəmləndirir

2018/06/4848411414584_1530341120.jpg
Oxunub: 2738     15:09     30 İyun 2018    
Türkiyənin havadan və raketdən müdafiə qabiliyyətinin daxili imkanlarının ən yüksək səviyyədə istifadə edilərək təkmilləşdirilməsinə yönlik səylər davam etdirilir.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi havadan müdafiə ehtiyacını qarşılamaq məqsədilə çoxşaxəli bir iş aparır.

Məlumata görə, yerli təkmilləşdirmə modeli çərçivəsində Türkiyə firmaları rəhbərliyində, lazım olduqda xarici şirkətlərin də iştirakı və texniki dəstəyi qəbul edilərək işlər görülür.

Bununla yanaşı dizayn və təkmilləşdirmə fəaliyyətləri tamamlanan layihələrdə sənaye və KOBİ-lərin təsirli rol oynayacağı istehsal dövrünə yönəlik planlaşdırma da aparılır. Bu məqsədlə başda ASELSAN və ROKETSAN olmaqla digər müdafiə sənayesi firmaların da mövcud imkan və qabiliyyətlərindən istifadə edilir.

Bu məqsədlə həyata keçirilən “Hisar” layihəsi çərçivəsində ərsəyə gələn sistemlərin mənzilinin daxili və ixracat versiyaları ilə əlaqədar ehtiyacları nəzərə alaraq 40+ kilometrə artırılması üzrə səylər edilir.

Digər tərəfdən Türkiyə Quru Qoşunlarına təslimatına başlanılan “Korkut” döyüş sistemi, döyüş gəmilərinin raketlərə qarşı müdafiəsində də istifadə edilə biləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hisar   Korkut  


Bizi "telegram"da izləyin