Ordu.az “Washington Post”a istinadən xəbər verir ki, ABŞ-ın Avropadakı ən böyük hərbi kontingenti məhz Almaniyada yerləşir.
ABŞ prezidenti Donald Tramp artıq təklifin müzakirəsinə başlayıb. Bu isə NATO-nun avropalı üzvlərini narahat edir.
Təkliflər arasında təxminən 35 minlik kontingentin hamısının çəkilməsi, yaxud hissə-hissə olmaqla Polşaya yerləşdirilməsi var.
Birləşmiş Ştatlar Milli Təhlükəsizlik Şurasının mətbuat katibinə bu barədə sual ünvanlansa da, o bu məlumatları təkzib edib. Eyni zamanda Pentaqonun mətbuat katibi Erik Pahon da belə bir çəkilmənin müzakirə mövzusu olmadığını bildirib.
“Pentaqon müntəzəm olaraq qüvvələrinin vəziyyəti və xərclərini dəyərləndirir. Burda yeni bir şey yoxdur. Almaniya Avropadakı ən böyük ABŞ kontingentinə ev sahibliyi edir. Biz ortaq dəyərlərimizə dərindən bağlı olaraq qalmaqda davam edirik”, - deyə Pahon əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az