Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti ötən gün çıxış edib.
Tramp bildirib ki, hazırda ölkəsi NATO-da üzvlüyün tələblərini lazımınca ödəyən yeganə ölkədir.
“Biz NATO-dakı müttəfiq ölkələrin içində hərbi xərclərini standartlardan yuxarıda saxlayan yeganə ölkəyik. Başqa heç bir üzv 2 faizlik hərbi xərc standartını qarşılamır. Almaniya da bura nümunə göstərmək olar. Hazırda elə bir abu-hava var ki, sanki ABŞ Avropanın hərbi təhlükəsizliyini öz üzərinə götürüb. Biz Almaniyanı da, bütün digər dövlətləri də hərbi xərclərini artırmağa çağırırıq. Bu məsələni NATO sammitində də müzakirə edəcəyik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu Trampın Almaniyaya hərbi xərclərin artırılmalı olduğu ilə bağlı göndərdiyi ikinci mesaj idi.
Dəyanət Ağalarlı
Ordu.az