ABŞ 70 ildən sonra Seuldakı hərbi mövcudluğunu sonlandırıb

2018/06/5648410251425145_1530250922.jpg
Oxunub: 2703     13:37     29 İyun 2018    
Birləşmiş Ştatlar Cənubi Koreyanın paytaxtı Seuldakı hərbi mövcudluğunu 70 ildən sonra rəsmi olaraq başa çatdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buradakı qüvvələr Şimali Koreya sərhədindən daha uzaqda açılan yeni qərargaha köçürülüb.

Bu qərargahın açılışının 2008-ci ilə planlaşdırılmış olmasına baxmayaraq, müxtəlif səbəblərdən dolayı dəfələrlə təxirə salınıb. Nəhayət ABŞ ordusu bu gün yeni qərargahın açılış mərasimini həyata keçirib.

ABŞ əsgərlərinin Seula ilk gəlişi İkinci Dünya Müharibəsindən sonra Yaponiyanın tərk-silah edilməsi məqsədilə 1945-ci ilə təsadüf edir. Daha sonralar buradakı qüvvələr Şimali Koreyaya qarşı ABŞ-Cənubi Koreya müttəfiqliyinin simvolu halına gəlib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   Seul  


Bizi "telegram"da izləyin