ABŞ və Yaponiya birgə hərbi təlimləri davam etdirəcək

2018/06/484581414514_1530248863.jpg
Oxunub: 3034     13:06     29 İyun 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis yaponiyalı həmkarı İtsunori Onodera ilə Tokioda bir araya gəlib.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, tərəflər ABŞ-Yaponiya birgə hərbi təlimlərin davam etdirilməsinə razılaşıblar.

İtsunori Onodera iki ölkənin iqtisadi sanksiyalardan qurtulmağa çalışan Şimali Koreyadan qanunsuz dəniz transferlərini birlikdə izləməyə davam edəcəklərini də bildirib.

Öz növbəsində Mettis isə səfərinin iki ölkənin orduları arasında əlaqələrə çox əhəmiyyət verdiklərini göstərdiyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin