Raketdən müdafiə sistemləri hələ də KXDR üçün hazır vəziyyətdədir

2018/06/456456_1530195620.jpg
Oxunub: 2137     01:07     29 İyun 2018    
Alyaskada yerləşdirilmiş raketdən müdafiə sistemləri Şimali Koreya raketlərindən gələ biləcək hücuma qarşı hələ də yüksək hazırlıqlı vəziyyətdə qalmaqda davam edir.

Ordu.az “Washington Post”a istinadən xəbər verir ki, ABŞ Müdafiə naziri Ceyms Mettis bu həftənin əvvəli Alyaskadakı Fort Qrili bazasına baş çəkib. Sözügedən raketdən müdafiə sistemləri məhz burada yerləşdirilib.

Həmin baza Alyaskanın mərkəzindən təqribən 70 mil məsafədə yerləşir. Burada istənilən uzaq mənzilli raket hücumuna nəzarət etmək üçün bir neçə yüz əsgər qulluq edir.

Bazada 44 ədəd yerüstü raketdən müdafiə sistemi hazır vəziyyətdədir və onların sayı artırılır. Mettis burada olarkən bazanın ABŞ-ın raketdən müdafiəsi üçün olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin