ABŞ-ın Koreyadakı qüvvələrinin xərcləri yenidən nəzərdən keçirilir

2018/06/45645654776_1530195508.jpg
Oxunub: 4390     01:32     29 İyun 2018    
Tramp-Kim sammitindən sonra Sinqapurdan gələn ən böyük xəbər Donald Trampın ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərini dayandırma qərarı oldu. O, bunun strateji səbəblərdən dolayı olduğunu iddia etsə də, uzun müddət idi ki, buradakı qoşunların xərclərinin çox olmasından danışırdı.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Donald Tramp bu qüvvələri evə qaytarmaq üçün ən əlverişli günü gözləyir.

Artıq bir neçə aydır Cənubi Koreya və ABŞ nümayəndələri bu qüvvələrin saxlanmasına çəkilən xərclərin bölüşdürülməsi şərtləri üzərində müzakirələr aparır. Hazırda Seul bunun üçün illik 830 milyon dollar xərcləsə də, Vaşinqton həmin miqdarın ümumi xərclərin cəmi 41%-ni əhatə etdiyini bildirir.

Ağ Ev sadəcə Seulun daha çox ödəməsini deyil, həm də müqavilənin şərtləri daxilinə Koreya yarımadasındakı strateji yerləşdirilmələrin də əlavə edilməsini istəyir. Bəzi mənbələrə görə, ötən il həmin yerləşdirilmələrin dəyəri 280 milyon dollar olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Koreya   Hərbi-xərclər  


Bizi "telegram"da izləyin