Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya siyasi eksperti Sergey Roqov bildirib.
O qeyd edib ki, nüvə silahına sahib ölkələr arasında orta mənzilli ballistik raketlərlə dəstəklənən silahların miqdarının nəzarətdə saxlanılması bütün dünyanı maraqlandıran məsələdir. ABŞ-ın bu sahədə qəbul edilən razılıqdan çıxa biləcəyini elan etməsi ciddi problemlərə səbəb olacaq.
“Belə bir addım nüvə silahına sahib dövlətlərin ciddi narazılığına səbəb olacaq. Çünki müavilə ilk başlarda elə ABŞ tərəfindən təklif edilmişdi”
Qeyd edək ki, nüvə silahına sahib tərəflər daha əvvəl 500-4500 km mənzilli ballistik raket başlıqları ilə təchiz edilmiş nüvə silahlarının həcminin azaldılması ilə bağlı müqavilə imzalayıblar.
Dəyanət Ağalarlı
Ordu.az