Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bruks bu barədə 2-ci Cənubi Koreya-ABŞ Alyansı Forumundakı çıxışında danışıb.
Forumda iştirak edən bəzi nümayəndələr bu təlimlərin dayandırılmasının Cənubi Koreyada boşluq yaradacağından narahatlıqlarını dilə gətiriblər. Bu fikirlərə cavab verən Bruks bütün təlimlərin deyil, sadəcə bir neçə xüsusi təlimin dayandırıldığını qeyd edib.
O, həmçinin bu təlimlərin dayandırlmasının problemin diplomatik yolla həll edilməsi üçün yaşıl işıq açacağını düşündüyünü dilə gətirib.
Ağalar Ağalarlı
Ordu.az