İsrail raket hücumlarına qarşı nüvə reaktorlarını gücləndirəcək

2018/06/456456_1530194807.jpg
Oxunub: 3055     23:05     28 İyun 2018    
İsrailin Atom Enerji Komissiyası İranın potensial raket hücumuna qarşı ölkənin iki atom reaktorunun mühafizəsini gücləndirəcək tədbirlər görəcək.

Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu barədə komissiyanın rəsmiləri bildiriblər.

İsrail təhlükəsizlik xidmətləri Tehran və Hizbullahın gələcək müharibə zamanı əsas hədəflər kimi Dimona və Soreqdə yerləşən nüvə təsisatlarını nəzərdən keçirdiyini düşünür.

Komissiya rəsmiləri raket zərbəsinin xalqa təhlükə olmaqdan uzaq olduğunu, lakin İsrailin düşmənləri üçün əhəmiyyətli propaqanda aləti kimi istifadə edilə biləcəyini qeyd edirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Raket-hücumları  


Bizi "telegram"da izləyin