Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə “Economic Times” dərgisinin yazısında qeyd olunub.
Yazıda iyulun 6-da Hindistanın Xarici İşlər və Müdafiə nazirlərinin Vaşinqtona səfəri zamanı ABŞ-ın sözügedən məsələni gündəmə əlavə edə biləcəyi ehtimalı səsləndirilir.
Belə ki, ABŞ S-400-lərə qarşı Hindistana özünün THAAD raketdən müdafiə sistemlərini təklif edə bilər. THAAD-lar uzaq mənzilli ballistik raketlərə qarşı olduqca effektivdir.
Digər tərəfdən ABŞ Konqresi Rusiyadan silah alış-verişində olanlara qarşı sanksiya tətbiqini nəzərdə tutan qanunu da qəbul edib. Lakin Hindistan S-400-lərin alınmasına dair danışıqlara bu qanunun qəbulundan əvvəl başladığını iddia edir.
Ağalar Ağalarlı