Rusiya Donanması Qara Dənizə geri qayıdıb

2018/06/1197461_1530188421.jpg
Oxunub: 3940     20:19     28 İyun 2018    
Rusiya Donanmasına məxsus Qara Dəniz Filotiliyası Aralıq Dənizindəki missiyasını tamamlayaraq geri dönüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, filotiliya bu gün səhər saatlarında Sevastopoldakı limana yaxınlaşıb.

Rusiya Müdafiə Nazilriyindən verilən açıqlamada qeyd olunub ki, filotiliya daxilindəki hərbi gəmilərin Aralıq Dənizinə istiqamətləndirilməsində bir neçə məqsəd var idi.

“Donanma bununla həm Suriyaya əlavə silah təchizatı göndərmiş oldu, həm də orada öz fəaliyyətini tamamlayan bir çox hərbçinin və hərbi texnikanın geri qaytarılmasına imkan yaratdı”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, ötən həftə Qara Dənizi tərk edən gəmilər eyni zamanda Aralıq Dənizində kiçik miqyaslı təlimlər də həyata keçirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Donanma   Qara-Dəniz  


Bizi "telegram"da izləyin