Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşün əsas məqsədi ABŞ-ın Cənubi Koreyadakı hərbi qüvvələrinin gələcəyi ilə bağlı qaranlıq məqamların müzakirə edilməsi olub.
Görüşdən sonra mətbuat konfransı verən Mettis və Yunq-mo bildiriblər ki, ABŞ hərbçilərinin Cənubi Koreyada saxlanılması ilə bağlı yekun razılıq əldə ediblər.
“Biz buradakı hərbi qüvvələrimizin ən azından KXDR probleminin həlli mərhələsi tam yekunlaşana qədər yarımadada qalması ilə bağlı ortaq düşüncədəyik. Lakin bu müddət ərzində ABŞ ordusunun burda saxlanılması üçün çəkilən xərclər iki tərəf arasında ədalətli şəkildə bölünəcək”, - deyə Mettis qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az