BMT: Husilər Yəməndə İran istehsalı olan raketlərdən istifadə ediblər

2018/06/7567_1530181055.jpg
Oxunub: 1709     18:16     28 İyun 2018    
BMT “Husi” qiyamçılarının Səudiyyə Ərəbistanına qarşı istifadə etdiyi raketlərin İranda istehsal olunduğunu təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin məsələ ilə bağlı araşdırma heyətinin rəhbəri Bariya Di Karlo bildirib.

O qeyd edib ki, araşdırma heyəti təxminən 3 gün ərzində raketlərin qalıqlarını laboratoriya şərtaitində analiz edib.

“Nəticələr onu göstərir ki, bu raketlər İran istehsalı olan “Qiam” raketləridir”, - deyə o qeyd edib.

Qeyd edək ki, daha əvvəl də 2017-ci ilin iyulunda oxşar hal yaşanmış və qiyamçılar tərəfindən istifadə olunan raketlərin İran istehsalı olduğu təsdiq olunmuşdu.

Dəyanmət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Husilər  


Bizi "telegram"da izləyin