Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ribakov bəyan edib.
“Bu görüşün təşkili üzrə işlər görülməkdədir. Biz diplomatların sıx proqramından dolayı tərəflərin ortaq zaman tapmasının çətinliyini anlayırıq. Təklif irəli sürmüşük və hazırda cavab gözləyirik”, - deyə Ribakov qeyd edib.
Görüşün iyulun əvvəllərinə təsadüf edib-etməməsi ilə bağlı fikirləri soruşulan Ribakov bunun üçün çox az vaxtın qaldığını, amma qarşıdakı həftələrdə baş tutacağını vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az