Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazirlər birgə hərbi təlimlərin dayandırılmasının Şimali Koreyanın nüvəsizləşdirilməsi istiqamətində edilən diplomatik səylərə töhfə verəcəyinə razılaşıblar.
Onlar Şimali Koreyanın nüvəsizləşmə öhdəliyi istiqamətində önəmli tədbirlər görəcəyi təqdirdə müttəfiqlərin də Koreya yarımadasından sülhün bərqərar edilməsi üçün etibarlı addımlar atacağını bildiriblər.
Yarımadanın bir dönüş nöqtəsində olduğunu vurğulayan Mettis və Sonq iki ABŞ və Cənubi Koreya arasında koordinasiyanın davam etdirildiyini və ABŞ qüvvələrinin burada qaldığını vurğulayıblar.
Mettisin sözlərinə görə, Ulçi Azadlıq Qvardiyası birgə hərbi təlimlərinin ləğv edilməsinə dair qərarın Koreya yarımadasında sülhməramlı həll üçün əlavə fürsətlər açdığını qeyd edib.
Qeyd edək ki, bu görüşdən sonra Mettis Yaponiyaya yola düşəcək. Onun burada yaponiyalı həmkarı İtsunori Onodera ilə görüşməsi planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az