Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Hücumla bağlı İran Müdafiə Nazirliyindən verilən xəbərdə qeyd olunub ki, hadisə İranın Pakisanla sərhədində baş verib.
Bəlucistan vilayətindəki Pakistanla sərhəd keçid məntəqəsində xidmət göstərən hər iki ölkəyə məxsus hərbi qulluqçular terrorçuların hücumuna məruz qalıb.
Hərbçilər dərhal hücuma cavab verib və nəticədə 3 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, hücum nəticəsində Pakistan və İran hərbçilərindən ölən və yaralanan olmayıb.
Dəyanət Ağalarlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
Pakistan
Terror