Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiya 2023-cü ilə kimi müdafiə sistemlərinə sahib olmaq üçün bir neçə şirkətlə danışıqlar aparır.
Məsələni analiz edən bir çox politoloqlar və hərbi ekspertlər bu addımın əslində heç də Şimali Koreyanın hərbi gücünə cavab olaraq atılmadığını düşünür.
Ehtimal olunur ki, hazırda Çinin sürətli şəkildə silahlanması və hərbi istehsalı gücləndirməsi, eyni zamanda sön dövrlərdə Cənubi Çin Dənizində təhdidedici addımları Yaponiyanın buna cavab olaraq raketdən müdafiə sistemləri formalaşdırmağa təşviq edir.
Qeyd edək ki, Yaponiya bu iddiaları rədd edir və qərarın heç bir dövləti hədəf almadığını bildirir.
Dəyanət Ağalarlı
Ordu.az