Ordu.az “TASS”a istinadən xəbər verir ki, təlimlər ayın 18-i start götürüb.
Təlimlərlə bağlı Rusiya Müdafiə Nazirliyindən verilən rəsmi məlumatda qeyd olunub ki, bu gündən etibarən təlimin aktiv mərhələsi başlayır.
Bu mərhələdə döyüş simulyasiyaları aparalıcaq və xəyali olaraq düşmən mövqelərinə hücum taktikaları tətbiq olunacaq. Təlimlər zamanı Rusiyaya məxsus bir neçə texniki təchizat ilk dəfə praktiki olaraq istifadə edilib.
Qeyd edək ki, Krasnodar bölgəsində keçirilən təlimlər ayın 28-i yekunlaşacaq.
Dəyanət Ağalarlı
Ordu.az