Suriya ordusu ölkənin cənub bölgələrdə mövqeyini gücləndirir

2018/06/34_1530034556.jpg
Oxunub: 3720     15:05     26 İyun 2018    
Suriyanın cənubunda ordu ilə terrorçu qüvvələr arasında qarşıdurmalar son günlərdə daha da intensivləşib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ordu qüvvələri bu əməliyyatlar nəticəsində ciddi uğurlar əldə edirlər.

Əməliyyatarla bağlı Suriya Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub ki, ordunun havadan və qurudan endirdiyi artilleriya zərbələri nəticəsində İŞİD başda olmaqla bölgədəki terror təşkilatları və üsyançı qüvvələrinin mövqeləri olduqca zəifləyib.

Nəticədə hökumət qüvvələri hazırda Derada bir çox önəmli təpələrin və strateji məntəqələrin nəzarətini ələ keçirib.

Qeyd edək ki, Suriya ordusunun həyata keçirdiyi əməliyyatlar ABŞ-ın ciddi narazılığına səbəb olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İşid   Terror   Qarşıdurma  


Bizi "telegram"da izləyin