NATO Monteneqrodakı Sovet silahlarının dağıdılmasına çalışır

2018/06/34534_1529656397.jpg
Oxunub: 3803     16:31     22 İyun 2018    
Şimali Atlantika Müqaviləsi Təşkilatı Monteneqrodakı Sovet silahlarının zərərsizləşdirilməsi məqsədilə kontraktor axtarışındadır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, NATO bu silahların qeydiyyatı və sıradan çıxarılmasını həyata keçirməkdə maraqlı şirkətlər üçün tender elan edib.

Məlumata görə, hazırda Monteneqroda 341 ton belə silah var. Digər tərəfdən bəzi ekspertlər hərbsizləşdirmə adı altında NATO-nun bu silahları Monteneqrodan çıxararaq aktiv münaqişə zonalarına göndərə biləcəyini bildirirlər.

Moskva Dövlət Universitetinin professoru Andrey Manoilo bildirib ki, Sovet silahlarının qaçaqmalçılığı müasirlərə görə çox asan və rahatdır. Çünki bu silahlar nömrələr, seriyalar, yaxud modellərə görə izlənilə bilmir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Monteneqro  


Bizi "telegram"da izləyin