ABŞ və Britaniya ballistik raket materiallarına dair müqavilə imzalayıb

2018/06/6456_1529654515.jpg
Oxunub: 2210     15:55     22 İyun 2018    
Birləşmiş Ştatlar və Britaniya Cənubi Tədqiqat İnstitutu ilə ballistik raketlərdə istifadə olunan termal mühafizə sistem materiallarının sınaqdan keçirilməsi üzrə əməkdaşlıq edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə əsasında qurum həmin materialların termo-mexaniki və aerotermal sınaqlarını həyata keçirəcəklər.

Müqavilənin dəyəri 9 milyon 680 min dollardır. Məlumata görə, bu müqavilə ABŞ-ın Xarici Hərbi Satışları çərçivəsində həyata keçiriləcək. Onun 70%-i ABŞ donanmasına, 30%-i isə Britaniya hökumətinə aiddir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Britaniya   Ballistik-raketlər  


Bizi "telegram"da izləyin