Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
“ABŞ-ın xarici siyasəti böhranda” başlıqlı məqaləsində Zərif ABŞ prezidenti Donald Trampın beynəlxalq müqavilələrə hörmət etmədiyini bildirib. Onun sözlərinə görə, nüvə sazişi Transsakit okean əməkdaşlığı və Paris İqlim sazişindən sonra Trampın çəkildiyi üçüncü beynəlxalq müqavilədir.
Pompeonun İranla müzakirələr üçün qeyd-şərt qoyduğunu xatırladan nazir beynəlxalq toplumda ABŞ rəhbərliyinin beynəlxalq müqavilələri rədd etməsindən dolayı bu ölkə ilə müzakirələrə ciddi şübhə duyulur.
“İran verdiyi sözü tutmayan və ard-arda çoxtərəfli müqavilələrdən çəkilən bir ölkə ilə danışıqlara getməyəcək”, - deyə o əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az