Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama NATO-dan verilib.
Açıqlamada qeyd olunub ki, NATO Ramazan bayramı ilə əlaqədar olaraq “Taliban” və Əfqanıstan hökuməti arasında əldə edilən atəşkəs razılığını əhəmiyyətli olduğunu bildirib.
Təşkilat bu addımı analiz edərkən müəyyən edib ki, tərəflərin daha sonra uzunmüddətli razılıq əldə etməsi üçün ciddi imkanlar var.
“Xalq qısa müddətli olsa da atəşkəs razılığının nələrə qadir olduğunu gördü. Bu, tərəflər arasında sülhün davam etdirilməsi üçün ictimai təzyiqlərin artmasına səbəb olacaq”,- deyə bəyanatda vurğulanıb.
Dəyanət Ağalarlı
Ordu.az