Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Baş katib müttəfiqlərin aradakı anlaşılmazlıqları bir kənara qoyaraq yenidən bir araya gəlməli olduğunu qeyd edib.
O bildirib ki, son dövrlərdə xüsusilə ABŞ və digər müttəfiqlər arasında münasibətlər gərginləşməkdə olsa da, tərəflər yenidən ümumi təhlükəsizlik naminə ortaq bir dil tapacaqlar.
“Ölkələrin bir çoxunun hərbi xərclərinin standartlarımızdan aşağıda olması da müttəfiqlərarası anlaşılmazlığı daha da artırır”, - deyə Stoltenberq əlavə edib.
Dəyanət Ağalarlı
Ordu.az