“Amnesty İnternational”dan Britaniyaya Yəmən etirazı

2018/06/567_1529566133.jpg
Oxunub: 3624     15:27     21 İyun 2018    
İnsan hüquqlarının qorunması üzrə fəaliyyət göstərən beynəlxalq “Amnesty İnternational” təşkilatı Böyük Britaniyadan Yəməndəki koalisiya qüvvələrini silahlandırmasını dayandırmağı tələb edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məktub Böyük Britaniya Ticarət naziri Laym Foksa ictimaiyyətə açıq şəkildə ünvanlanıb.

Məktubda qeyd olunub ki, hazırda Yəməndə, xüsusilə də Hudeydə vilayətində insan hüquqlarına və sivil vətəndaşların təhlükəsizliyinə ciddi təhdidlər var. Bu məsələdə başlıca səbəbkarlar Yəmən hökuməti, qiyamçı qüvvələr və hökuməti dəstəkləyən koalisiya qüvvələridir.

Lakin tərəflərdən birinin məqsədyönlü şəkildə hər hansısa xarici qüvvə tərəfindən silahlandırılması vəziyyəti daha da gərginləşdirir.

“Böyük Britaniya Yəməndəki silahlı qarşıdurmanı daha da alovlandıracaq addımlardan çəkinməli və sivillərin həyatına təhlükə yaratmaqdan çəkinməlidir. Bunun üçün də koalisiya qüvvələrinə silah satışı dayandırılmalıdır”, - deyə məktubda qeyd olunub.

Qeyd edək ki, məktub qurumun sədri və direktorlar şurasının üzvlərinin şəxsi imzaları ilə göndərilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Amnesty-İnternational  


Bizi "telegram"da izləyin