SQQ ASO-ya qarşı yeni əməliyyatlara hazırlaşır

2018/06/3454_1529565543.jpg
Oxunub: 3114     15:18     21 İyun 2018    
Suriya Quru Qoşunları geniş miqyaslı əməliyyatların həyata keçirilməsi üçün ölkənin cənub bölgələrinə çox sayda hərbi qüvvə toplayır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar Azad Suriya Ordusuna qarşı planlaşdırılır.

Suriya Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub ki, üsyançı qüvvələrə qarşı fəaliyyətin daha genişləndirilməsi üçün Dera və Küneytrə bölgələrinə çox sayda hərbi qüvvə toplanır.

Məsələ ilə bağlı münasibət bildirən üsyançı qüvvələrin nümayəndəsi Abdullah Nəssar bildirib ki, hər kəs böyük müharibəyə hazırlaşır.

“Azad Suriya Ordusu hazırdır. Biz müharibə üçün lazım olan planları etmişik və qarşı tərəfin hücumlarına müqavimət göstərmək üçün bütün işlər görülüb”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   ASO  


Bizi "telegram"da izləyin