Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp bu təkliflə ötən həftə çıxış etmişdi.
O qeyd etmişdi ki, HHQ ordu daxilində özü ilə bərabər səviyyədə olan yeni Kosmik Qüvvələrin yaradılmasına çalışmalıdır.
Ötən gün isə ABŞ HHQ-nin katibi Hezer Vilson məsələ ilə bağlı münasibət bildirib. Katib qeyd edib ki, hazırda biz bu məsələ üzərində işləməyə hazırıq amma hökumət bu layihənin maliyyətli və uzun zaman tələb edən layihə olduğunu da anlamalıdır.
Qeyd edək ki, bu təklifdən sonra ordu daxilində bir çox yüksək rütbəli hərbçi bunun qeyri-ciddi təklif olduğunu bildirərək, onu zarafat kimi xarakterizə etmişdi.
Dəyanət Ağalarlı
Ordu.az