Almaniya NATO-nun müdafiə büdcəsi tələbini qarşılaya bilmir

2018/06/235_1529137584.jpg
Oxunub: 2423     18:25     16 İyun 2018    
Almaniya 2024-cü ilə qədər özünün müdafiə xərclərini Ümumi Daxili Məhsulunun yalnız 1,5% həddinə çatdıra biləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki,bu barədə NATO Baş katibinə Almaniya Kansleri Angela Merkel bildirib.

Stoltenberqlə Berlində görüşən Merkel NATO-nun 2%-lik tələbinin qarşılanmasının Almaniya üçün mümkünsüz olduğunu bəyan edib. Lakin bu göstəricinin 2024-cü ilə qədər 1,4%-ə çatdırılmasına söz verib.

Xatırladaq ki, 2014-cü ildə NATO ölkələri qarşıdakı 10 il ərzində müdafiə xərclərini ÜDM-nin 2% həddinə çatdırılmasına razılaşıb. Merkel görüşdən sonra bunu qəbul etdiklərini etiraf edib, lakin real informasiya verməyə borclu olduqlarını və bu tələbin qarşılana bilməyəcəyini əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   NATO  


Bizi "telegram"da izləyin